Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmlinin “Bayraməli Abbaszadə: mühiti və mücadiləsi” monoqrafiyası çapdan çıxıb.
Monoqrafiyada görkəmli mollanəsrəddinçi şair, “Qızıl qələmlər” ədəbi cəmiyyətinin üzvü Bayraməli Abbaszadənin həyat və yaradıcılığı əksini tapıb. “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Kitab “Molla Nəsrəddin” ədəbi məktəbinin öyrənilməsinə də dəyərli elmi töhfədir.
Nəşrin elmi redaktoru AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimlidir.