Son aylar ərzində Gəncə şəhərindəki bir çox tarixi-mədəni abidələrdə təmir-bərpa işləri həyata keçirilib. Belə ki, dahi söz ustadı şeyx Nizami Gəncəvinin məqbərəsində, «Ozan» və «Şərəfxanlı» məscidlərində, 4 saylı Uşaq Musiqi Məktəbində, Dövlət Kamera Orkestrinin binasında təmir işləri aparılıb. Bununla yanaşı, «Xələfli» məscidi də təmir olunub. Mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün müxtəlif inventarlar alınıb.