Yanvarın 22-də Azərbaycan Yazıçılar Birliyi (AYB) idarə heyətinin iclası keçirilib. İclasda AYB-nin sədri, Xalq yazıçısı Anar cari məsələlər haqqında danışıb.
İnternet resurslarının təkmilləşdirilməsi məsələsinin müzakirəsi zamanı qərara alınıb ki, “AzYB.net” saytı yenilənsin. Vurğulanıb ki, vikipediyada Azərbaycan yazıçıları haqqında məlumatlar yenilənsin, yaradıcılıqlarından nümunələr müntəzəm olaraq bir neçə dildə təqdim edilsin. İclasda bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb və il ərzində həyata keçiriləcək işlər müzakirə olunub.