XIX əsrdə yaşamış Azərbaycan şairi Mirzə İsmayıl Qasirin 210 illik yubileyinə həsr edilmiş kitab Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu tərəfindən nəşr edilib. “Şərq-Qərb” nəşriyyatında çapdan çıxmış kitabda filologiya üzrə fəlsəfə doktoru Aybəniz Rəhimovanın şair haqqında monoqrafiyası yer alıb. Qasirin şeirlərini müasir əlifbaya Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Tahirə Mirzəliyeva transliterasiya edib.