Fevralın 27-də paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Modern Məktəbində “Abdulla Şaiq zirvəsinə gedən yol” adlı tədbir keçirilib. Tədbirin məqsədi şagirdləri görkəmli şair və yazıçının yaradıcılığı ilə tanış etmək, onların bədii ədəbiyyata maraqlarını artırmaq idi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülarə Əfəndiyeva bədii ədəbiyyatın, mütaliənin insan həyatında rolundan danışıb. Bildirib ki, illərin bir-birini əvəz etməsinə baxmayaraq, Abdulla Şaiq yaradıcılığı Azərbaycan ədəbiyyatında tutduğu mövqeyini heç bir zaman itirməyəcək.
Onun əsərləri istər böyüklərin, istərsə də azyaşlı oxucuların hər zaman müraciət etdiyi və sevərək oxuduğu əsərlər olaraq qalacaq.
Tədbirdə iştirak edən ədibin nəvəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə babası haqqında xatirələrini şagirdlərlə bölüşüb və onların suallarını cavablandırıb.

Lalə Azəri