Beynəlxalq poeziya festivalı

Martın 19-dan 23-dək Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin, “Kitabçı” jurnalının, “www.ayb.az”, “www.news.az” saytlarının və “Azərsu” ASC-nin təşkilatçılığı ilə “Su mövzusunda” I Bakı beynəlxalq poeziya festivalı keçiriləcək. Festivalın devizi dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sözün də su kimi lətafəti var” misrasından götürülüb.
Festival çərçivəsində martın 20-də Alman-Azərbaycan Mədəniyyət Mərkəzi - Kapellhausda “100 dəqiqə şeir” mövzusunda poeziya və musiqi axşamı keçiriləcək. Festivalda Finlandiya, Serbiya, Rusiya, Belarus, Özbəkistan, İran və Türkiyədən nümayəndələr iştirak edəcəklər.