Gəncə şəhərində XVII əsrdə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilmiş “Çökək hamam”ın əsaslı şəkildə təmirinə başlanılıb. Bu qədim abidənin bərpasına Türkiyədən mütəxəssislər cəlb olunub. Türkiyəli bərpaçı Coşqun Ceylanın verdiyi məlumata görə, binanın tikintisində yumurta ağı və gil-əhəng, yəni gəc qarışığından və qırmızı kərpicdən istifadə olunur. Tikili iki kiçik və bir böyük günbəzdən ibarətdir. Təmir prosesində abidənin orijinallığı qorunur, yalnız köhnə kərpicdən istifadə edilir.