Aprelin 23-də Binəqədi Mərkəzi Mədəniyyət evində “Canlı klassika-2015” beynəlxalq müsabiqəsinin seçimlərinə yekun vurulub. Final mərhələsində iştirak etmək hüququ qazanmış 27 iştirakçıdan üçü seçilərək beynəlxalq onlayn final mərhələsində iştirak edəcək.
Mayın 15-dək beynəlxalq onlayn final mərhələsi həyata keçiriləcək və ölkəmizi təmsil etmək üçün seçilmiş gənc qiraətçilər iyunda Moskvada baş tutacaq finalda iştirak edəcəklər. Final mərhələsində bütün iştirakçı ölkələri təmsil edən 20 namizəd çıxış edəcək. Ən çox bal toplamış 3 namizəd qalib elan olunacaq.