“Tərcümə Mərkəzinin kitabları” seriyasından “Sözün Aydını” kitabı işıq üzü görüb. Kitabda görkəmli alim, ictimai-siyasi xadim, tənqidçi, ədəbiyyatşünas Aydın Məmmədovun elmi məqalələri, esseləri, müsahibələri, müxtəlif dövrlərdə çıxışları və alim haqqında tanınmış sənət adamlarının yazıları yer alıb. Yazıçı Afaq Məsudun “Bu dünyanın Aydın hadisəsi” adlı ön sözü ilə açılan kitabın tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktorları Zahid Sarıtorpaq və Tamilla Rüstəmovadır.