Əməkdar incəsənət xadimi, yazıçı-tərcüməçi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Rusiya-Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsi, ədəbiyyatların qarşılıqlı təbliği və tanıdılması istiqamətində göstərdiyi xidmətlərə görə Rusiyanın Pyotr Elm və İncəsənət Akademiyasının (Petrovskaə akademiə nauk i iskusstva) akademiki seçilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən bildirilib ki, qurum öz sıralarında elm, mədəniyyət və ədəbiyyat sahəsində böyük nailiyyətlər qazanmış bir çox ictimai və dövlət xadimlərini birləşdirir. Yazıçı Afaq Məsud Pyotr Akademiyasının üzvü seçilmiş ilk azərbaycanlıdır.