Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Fransanın tanınmış yazıçılarından ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Layihənin həyata keçirilməsində məqsəd ölkəmiz haqqında əsərlərin yazılması və Fransada kitab şəklində çap olunmasıdır. Kitabların fransız dili ilə yanaşı, Azərbaycan, rus və ingilis dillərində də çap olunması planlaşdırılır.
Səfər çərçivəsində qonaqların Bakı, Şamaxı, Qəbələ, Şəki, Gəncə və Mingəçevir şəhərlərinə səfərləri təşkil olunacaq.