Hacıqabul rayon Mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə şəhər klubunda “Göydən üç alma düşdü...” adlı nağıl gecəsi keçirilib. Nağıl gecəsində şəhərin 2, 4, 8 saylı tam orta məktəblərinin aşağı sinif şagirdləri iştirak ediblər.
Uşaq şöbəsinin kitabxanaçısı Anaxanım Nuriyeva nağıl həvəskarlarına kitabxananın fondunda olan kiçikhəcmli hekayə və nağıllar haqqında məlumat verib. Məktəblilər Azərbaycan və digər xalqların nağıllarından ibarət kitablarla tanış olublar. Sonra Abdulla Şaiqin “Tıq-tıq xanım”, uşaqların “Gülzar nənə” kimi tanıdıqları Gülzar İbrahimovanın “Supərisi”, Sevinc Nuruqızının “Ağ xoruzun hekayəti” nağıllarının ucadan oxusu keçirilib. Bir anlıq özlərini sehrli nağıllar aləmində hiss edən balacalar xoş anlar yaşayıblar.