Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin fars dilinə tərcümə edilmiş “Şeyx Sənan” əsərinin Urmiyada fəaliyyət göstərən “Hövzeyi-hünər” mədəniyyət mərkəzində təqdimat mərasimi keçirilib.
Mərasimdə urmiyalı şairlər və ədəbi tənqidçilər - Mustafa Quluzadə, Əkbər Həmidi, Əli Rəzmara, Əli Səlahlu, Məhmud Şami, Zəhra Kərimzadə, Atabəy Teymuri böyük ədibin yaradıcılığı, əsərlərinin məziyyətləri və “Şeyx Sənan” əsərinin fars dilinə tərcüməsi ilə bağlı fikirlərini bölüşüblər.
“Şeyx Sənan” fars dilinə Əkbər Həmidi Əlyar tərəfindən tərcümə edilib və Urmiya şəhərində fəaliyyət göstərən “Hövzeyi-hünər” cəmiyyətinin himayəsi ilə çap olunub.