Aprelin 15-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda ittifaqın Şuşa təşkilatı və Şuşa Şəhər Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə “Qarabağ istedadları” adlı konsert olacaq. Bəstəkarlar İttifaqından bildiriblər ki, Şuşa uşaq musiqi məktəbləri şagirdlərinin və məzunlarının iştirak etdikləri konsertdə Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Frans İosif Haydn, Pyotr Çaykovski, Frederik Şopen, Çi Moroza və digər bəstəkarların əsərləri səsləndiriləcək.