AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı Xuraman Hümmətovanın “Azərbaycan şeirinin poetik qaynağında təsəvvüf (XII-XVI əsrlər)” kitabı nəşr olunub. Kitabın elmi redaktoru akademik İsa Həbibbəylidir. Monoqrafiyada Azərbaycan ədəbiyyatının keçdiyi uzun bir dövrdə (XII-XVI əsrlər) təsəvvüflə ədəbiyyatı birləşdirən, onları milli düşüncənin vahid axarına salıb qovuşduran, yeni keyfiyyət və məzmun daşıyan hadisəyə çevirən amillər: araşdırılıb. “Təsəvvüf ədəbiyyatı” adı altında yaranan təlimin Azərbaycan ədəbiyyatı tarixinədək roluna aydınlıq gətirilib.