Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) məzunlarına diplomlar təqdim edilib. Birliyin katibi, Gənc Ədiblər Məktəbinin rəhbəri Rəşad Məcid layihə barədə məlumat verib. Bildirilib ki, 2008-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin Yazıçılar Birliyi ilə birgə yaratdığı Gənc Ədiblər Məktəbi artıq ikinci fəaliyyət mərhələsini başa çatdırır. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə incəsənət və ədəbiyyat sahəsində istedadlı gənclərə təqaüd verilməsi Gənc Ədiblər Məktəbinin fəaliyyətini daha da səmərəli edib.
Tədbirdə məktəbi bitirən 50 nəfərə diplom təqdim olunub.