Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb. Kitabda ədəbi ictimaiyyətin yaxşı tanıdığı, müxtəlif ədəbi nəsilləri təmsil edən 22 Azərbaycan şairinin əsərlərindən ibarət nümunələr yer alıb. Nəşrin məsləhətçisi professor Nizami Cəfərov, layihənin rəhbəri şair-publisist Dəyanət Osmanlıdır. Şeirləri gürcü dilinə Neli Məmmədova, Zezva Medulaşvili, İmir Məmmədli, Oktay Kazımov, Anna Bartkulaşvili və Niha Zorzaneli tərcümə ediblər.