Türk dünyası nağıllarının məşhur araşdırıcısı, yazıçı-alim Yücel Feyzioğlu 35 cildlik kitab yazıb.
“TRT Avaz” telekanalı xəbər verir ki, alim ümumilikdə üç min illik türk dünyasını əhatə edən nağılları araşdıraraq türk xalqlarının milli nağıl qəhrəmanlarını gündəmə gətirib. Ömrünün 30 ildən çoxunu bu işə həsr edən Yücel Feyzioğlu Mərkəzi Asiya, Mesopotamiya, Anadolu ərazilərində yaşayan və vaxtilə yaşamış türk toplumlarının nağıllarını araşdırıb.
Alim bildirib ki, türk dünyasından topladığı nağılların sayı 2 minə yaxındır. O, nağıl qəhrəmanlarının adını gündəmə gətirməklə, həm də uşaqların tarixə və milli dəyərlərə bağlılığını özü üçün əsas məqsəd hesab edir.