İspandilli ölkələrin ən nüfuzlu ədəbiyyat mükafatı olan “Servantes”in 30-cu sahibinin adı açıqlanıb. Bu dəfə mükafatı meksikalı yazıçı Fernando del Paso qazanıb.
Fernando del Paso Meksikada anadan olub. İqtisadi təhsil alsa da, reklam agentliyində işləyib. “Xose Triqo”, “Meksikalı Plinur” və “İmperiyadan xəbərlər” əsərləri ilə məşhurlaşıb.
Qeyd edək ki, 125 min avro dəyərində mükafat Fernando del Pasoya 2016-cı il aprelin 23-də Migel de Servantesin vəfatı günü İspaniya kralı VI Felipe tərəfindən təqdim ediləcək.