Sumqayıt Şəhər Mədəniyyət Evində görkəmli qəzəlxan-şair Əlağa Vahidin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək belə tədbirlərin istedadlı insanların üzə çıxarılmasındakı mühüm rolundan danışıb. Sonda iştirakçılar S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi tərəfindən təşkil edilmiş Əlağa Vahidin əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.
Mərkəzi uşaq kitabxanası 38 saylı tam orta məktəbdə Əlağa Vahidin 120 illik yubileyi ilə əlaqədar “Füzuli ənənələrinin davamçısı” adlı ədəbiyyat saatı təşkil edib. Tədbirdə Əlağa Vahidin yaradıcılığının əsas məziyyətlərindən, ədəbiyyatımıza yeni nəfəs gətirməsindən söhbət açılıb. Sonda şairin əsərlərindən ibarət “Qəzəldə yaşayan ömür” adlı sərgiyə baxış olub.