Azərbaycan Milli Kitabxanasında qazax yazıçısı, beynəlxalq mövzularda publisist yazıları ilə tanınan Baxit Rüstəmovla görüş keçirilib.
Kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva yazıçı haqqında məlumat verib. Bildirilib ki, Baxit Rüstəmov tarixçi, ilahiyyatçı, tərcüməçi, musiqiçi, şair kimi tanınır. Onun kitabları ABŞ Konqresinin kitabxanasında, İran, Çin, Vyetnam, Rusiya, Belarus, Özbəkistan və digər ölkələrin kitabxanalarında, mədəniyyət, təhsil mərkəzlərində saxlanılır. Yaradıcılığı və ictimai fəaliyyəti haqqında qısa məlumat verən B.Rüstəmov əsərlərini qazax, özbək, rus və ərəb dillərində yazdığını diqqətə çatdırıb. Bakıya 40 il əvvəl gəldiyini deyən qonaq ötən müddətdə şəhərin xeyli dəyişdiyini və gözəlləşdiyini vurğulayıb. Yazıçı bir neçə kitabını Azərbaycan Milli Kitabxanasına hədiyyə edib.