Azərbaycan Yazıçılar Birliyinin (AYB) və “Sehrli dünya” uşaq jurnalının birgə layihəsi olan nağıl, hekayə və şeir müsabiqəsinin yekun mərhələsi keçirilib. 7-13 yaş qrupunda ədəbiyyatsevər uşaqların iştirak etdiyi bu müsabiqədə 37 uşağın yaradıcılıq nümunəsi qalib seçilib.
AYB-nin katibi, Xalq şairi Fikrət Qoca müsabiqə qaliblərini və bütün iştirakçıları təbrik edib, onlara gələcək yaradıcılıq işlərində uğurlar arzulayıb. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayev qaliblərə öz kitablarını da hədiyyə göndəriblər.
Münsiflər heyətinin üzvləri Qəşəm Nəcəfzadə, Gülzar İbrahimova və başqaları uşaqlara uğurlar arzulayıblar. Qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib.