Görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan arxivinin izahlı təsviri kitab halında çapdan çıxıb.
“Məmməd Səid Ordubadi arxivinin izahlı təsviri” adlı kitaba ədibin şəxsi arxiv materialları - tərcümeyi-halı, xatirələri, bədii əsərləri, oçerk, məqalə və felyetonları, məktublarının əlyazmaları, ailəsinə, ictimai fəaliyyətinə dair sənədlər, fotoları və digər materiallar daxil edilib.
Filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovanın çapa hazırladığı kitaba daxil olan materialları vaxtilə Əzizə Cəfərzadə, Mərziyyə Paşayeva və Mehri Məmmədova təsvir ediblər. Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəylidir.