“Hədəf” nəşrlərinin təsisçiliyi ilə “Ustad” adlı yeni ədəbiyyat və sənət jurnalı işıq üzü görəcək. Jurnal müasir və klassik ədəbi və sənət nümunələrimizi, dünya ədəbiyyat incilərini oxuculara çatdıracaq. Məşhur dünya müəlliflərindən tərcümələrə, sənət söhbətlərinə də yer veriləcək.
Fevralda oxuculara təqdim olunması nəzərdə tutulan jurnalın baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, redaktoru filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır.