İtaliyada “Musica Dei Popoli” beynəlxalq musiqi festivalı keçirilib. Tədbirdə ölkəmizi tanınmış xanəndə Qoçaq Əsgərov təmsil edib. Xanəndəni tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət ediblər. Tamaşaçılar musiqiçilərimizin ifasında muğam və xalq mahnılarımızı alqışlarla qarşılayıblar.
   Konsertin gedişində Q.Əsgərovun bir müddət əvvəl İtaliyada buraxılan diski satışa çıxarılıb. Azərbaycan muğamının pərəstişkarları diski böyük maraqla əldə ediblər.