Noyabrın 27-də Heydər Əliyev Sarayında Latviyanı “Eurovision- 2012” mahnı müsabiqəsində təmsil etmiş Anmarinin “Sarı gəlin” adlı solo konserti keçiriləcək.
   Sarayın mətbuat xidmətindən bildiriblər ki, Anmarini səhnədə estrada orkestri və rəqs kollektivi müşayiət edəcək. Müğənni Latviya xalq mahnıları ilə yanaşı, bu ölkənin tanınmış bəstəkarı Raymond Paulsun mahnılarını da səsləndirəcək. Bundan əlavə, Anmari Bakı tamaşaçıları üçün bir neçə Azərbaycan mahnısı ifa etmək niyyətindədir. Bu sırada “Sarı gəlin”, “Sən gəlməz oldun”, “Gəl, ey səhər” və digər mahnılarımız yer alıb.