Maggio Musicale Fiorentino simfonik orkestrini Zubin Meta idarə edəcək
   
   Dekabrın 4-dən 9-dək Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, M.Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək. Festival çərçivəsində 8-9 dekabr tarixlərində Heydər Əliyev Sarayında dünyaca məşhur Maggio Musicale Fiorentino simfonik orkestri çıxış edəcək. Saraydan verilən məlumata görə, tanınmış dirijor Zubin Metanın rəhbərliyi altında keçiriləcək konsertlərdə F.Şubert, P.Xindemit, L.Bethoven, C.Verdi, A.Dvorjak və N.Rimski-Korsakovun əsərləri səsləndiriləcək.
   Xatırladaq ki, Zubin Meta 2010-cu ildə Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində Heydər Əliyev Sarayında İsrail Filarmoniyasının simfonik orkestri ilə çıxış edib.