20-26 noyabr tarixlərində Qazaxıstanda ilk dəfə türkdilli və MDB dövlətlərinin müasir bəstəkarlarının kamera musiqisindən ibarət ”Camerata tempo” adlı beynəlxalq musiqi festivalı keçirilib. Festivalın açılışında Əməkdar incəsənət xadimi, bəstəkar Rauf Əliyevin ”Qarabağda Şuşanın sıldırım dərələri xatırlanarkən” əsəri Qazaxıstan Dövlət Simli Kvartetinin ifasında səsləndirilib və coşqu ilə qarşılanıb. Əsər həmçinin noyabrın 25-də Almatı filarmoniyasında Peterburqdan dəvət olunmuş Pyotr Qribanovun dirijorluğu ilə Qazaxıstan Kamera Orkestrinin ifasında da səslənib.
   Fasilə zamanı dinləyicilər bəstəkara yaxınlaşaraq əsərdən çox təsirləndiklərini bildiriblər və Qarabağla bağlı bəstəkara suallar veriblər. Təşkilatçılar gələcəkdə də Azərbaycan bəstəkarlarının “Camerata tempo” festivalında iştirak etməsini arzulayıblar.

   Təranə Vahid