Tanınmış rusiyalı müğənni, SSRİ-nin Xalq artisti Edita Pyexa dekabrın 4-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Müğənni Bakı səhnəsində anadan olmasının 75 illiyini və yaradıcılığa başlamasının 55 illiyini qeyd edib. Tamaşaçıları salamlayan müğənni Azərbaycanda 53 il çıxış etdiyini deyib: “Mən bu şəhərdə ilk dəfə 1959-cu ildə çıxış etmişəm, o alqışları bu günə kimi xatılayıram”. Müğənni Bakıda Müslüm Maqomayevlə ilk görüşünü də yada salıb: “İllər keçir, mən həyat yolunda irəliləyir və yalnız ən yaxşı xatirələrlə yaşayıram”.
   Edita Pyexa yubiley konsertində pərəstişkarlarına repertuarındakı ən yaxşı mahnıları - “Gəncliyimin şəhəri”, “Ana”, “Dünyaya gülümsə”, “Sankt-Peterburq” və s. musiqi nömrələrini təqdim edib.