Dekabrın 4-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar artist Nərgiz Əliyarovanın tələbələrinin konserti olub. Konsertdə Aydan Hüseynli, Anna Biryukova, Adilə İbrahimli, Qəmər Mahmudova (dördü də fortepiano) və Narın Musayevanın (skripka) ifalarında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Konsertmeyster Xəyalə Abdullayeva (skripka) olub.