Dekabrın 11-də Bəstəkarlar İttifaqında “Azərbaycanda uşaq musiqisi: problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə konfransı açaraq Azərbaycanın dahi bəstəkarlarının uşaqlar üçün musiqilər yazdıqlarını, bu ənənənin hazırda da davam etdirildiyini, musiqinin estetik tərbiyədəki əhəmiyyətini vurğulayıb.
   Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva, pedaqoji elmlər doktoru, professor Minarə Dadaşova, sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova və başqaları gənc nəslin musiqi-estetik tərbiyəsi, uşaqların musiqi-estetik tərbiyəsində kütləvi informasiya vasitələrinin təsiri mövzularında məruzələrlə çıxış ediblər.