Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində fransalı sənətkarın “KORDS / LE 4.1.7” layihəsi nümayiş olunacaq. Fransanın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, layihədə Pyer Tilua ilk görüşdən onu heyran edən Azərbaycan muğam musiqisi rezonansında Lapsit Exillis Beşinci Simli Kvartetinə yenidən nəzər salır. «Zamandan kənar» musiqi əsəri kimi və plastik rəssamların "installasiyalar" ruhunda yaradılan KORDS layihəsi müasir elektron «underground»a daxildir, eyni zamanda həm xalq musiqisi, həm də mürəkkəb musiqilərin prinsiplərini birləşdirir.