Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin muxtar respublikanın Televiziya və Radio Verilişləri Komitəsi ilə birgə layihəsi əsasında “Yallı” kompakt-diski hazırlanıb. Kompakt-diskdə “Şərur” xalq yallı ansamblının, “Nurani” və “Şərur qönçələri” yallı ansambllarının ifasında 14 rəqs yer alıb. “Qaladan-qalaya”, “Baharı”, “Urfanı”, “Tello”, “Qalalı”, “Tirməşal”, “Dönə-dönə”, “El yallısı”, “Xələfi” və digər yallı nümunələrinin yer aldığı kompakt-disk xalqımızın əvəzsiz folklor inciləri olan yallılarımızın mühafizə edildiyi əvəzsiz xəzinədir.   

  Ceyhun