Fevralın 26-da Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anma konserti keçiriləcək. Proqrama F.Əmirov, V.A.Motsart, C.B.Perqolezi və E.Elqarın repertuarından musiqilər daxildir.
   Pyer Silloyun Britaniya premyeralı “Xocalı 613” və Fikrət Əmirovun “Nizami” simfoniyası proqramda xüsusi yer tutacaq. Bundan əlavə, anma konsertində Laurent Petitqirardın rəhbərliyi ilə Londonun Orion Simfonik Orkestrinin ifasında Qərb və Azərbaycan klassik musiqiləri səslənəcək. Anma konsertindən sonra qəbul təşkil ediləcək.