Fevralın 8-də Bakı şəhəri Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbində dahi bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti Qara Qarayevin anadan olmasının 95 və məktəbin yaradılmasının 75 illik yubileylərinə həsr olunmuş ikihissəli konsert təşkil ediləcək.
   Məktəbdən bildiriblər ki, konsertin birinci hissəsi Qara Qarayevin yubileyinə, ikinci hissəsi isə məktəbin 75 illiyinə həsr olunacaq. Hər iki hissədə əvvəlcə sənədli film nümayiş olunacaq, sonra məktəbin kamera orkestri, müəllim və şagird kollektivləri, digər qonaqlar çıxış edəcəklər.