Görkəmli pianoçu, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Londonda “Cadogan Hall”da daha bir uğurlu konsertlə çıxış edib. Royal Filarmonik Orkestrinin müşayiət etdiyi konsertə dünya şöhrətli dirijor Dmitri Yablonski rəhbərlik edib. Gecədə Azərbaycan bəstəkarlarından Qara Qarayevin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun və dünya klassiklərinin əsərlərindən nümunələr səsləndirilib.