Fevralın 23-dən martın 10-dək Almaniyanın Nürtenqer şəhərində dünya şöhrətli cazmenlərin iştirakı ilə “Nürtinger Jazz Festival-2013” Beynəlxalq caz festivalı keçiriləcək. Festivalda məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadə də çıxış edəcək. “Nürtinger Jazz Festival” caz festivalı 20 il ərzində 15-ci dəfə təşkil edilir.