Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış şair Əhməd Cəmilin “Şeirlər və məqalələr” kitabı çap olunub. Nəşrin redaktoru Paşa Əlioğlu, tərtibçiləri isə Sevil Cəmilzadə və Eldar Cəmilzadədir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda həmçinin şairin həyat və yaradıcılığının səciyyəvi xüsusiyyətləri, müraciət etdiyi mövzular haqqında qısa məlumat verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab nazirliyin tabeliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.