Martın 18-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda kərküklü şair Şəmsəddin Kuzəçinin “Novruz çiçəkləri” adlı antologiyasının təqdimatı keçiriləcək. AYB-nin mətbuat xidmətindən bildirilib ki, antologiyada türk dünyasının şair qadınlarının əsərləri toplanıb.