“Xan” nəşriyyatında yazıçı İlqar Fəhminin əsərləri silsiləsindən daha 4 kitab yaxın günlərdə işıq üzü görəcək. Nəşriyyatdan verilən məlumata görə, “Evtanaziya” kinoromanlar toplusuna müəllifin kino ilə nəsrin sintezində yazılmış əsərləri daxil edilib. “Müsibəti-Fəxrəddin” telepyeslər toplusunda isə rəngarəng mövzu və üslublu telepyeslər yer alıb. Külliyyatın sayca 7-ci kitabına - “Dərvişin qeydləri” ssenarilər toplusuna yazıçının müxtəlif illərdə yazdığı kinossenarilərdən nümunələr daxildir. 8-ci kitab “Bakı tarixindən kollaj” bədii-publisistik romanıdır.
Qeyd edək ki, ötən ilin sonunda nəşriyyatda İ.Fəhminin 4 kitabı - “Son reportaj”, “Nostalji”, “Sən kimsən, Səfəvi?” və “Bu gündən dünənə” çapdan çıxıb. Yaxın zamanlarda isə “Aktrisa”, “Akvarium” və “Akvalanq” romanları, həmçinin “Çənlibel tülküsü” adlı trilogiya da çap olunacaq.

Lalə