Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Gənc İstedadlar Liseyində “Cavid gecəsi” mövzusunda açıq dərs keçirilib.
Liseyin rus dili və ədəbiyyatı müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səmayə Kərimova, BDU-nun jurnalistika fakültəsinin radio və televiziya kafedrasının dosenti, cavidşünas Sevil Həsənova böyük şair və dramaturqun Azərbaycan ədəbiyyatında önəmli yerindən, Cavid ədəbi məktəbinin Azərbaycan publisistikasında rolundan danışıblar, ədibin şeirləri səsləndirilib. Liseyin 11-ci sinif şagirdlərinin böyük mütəfəkkirin yaradıcılığına həsr olunmuş çıxışları dinlənilib.
Sonda BDU-nun humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, dosent Ədibə Paşayeva çıxış edərək bu cür tədbirlərin, rus bölmələrində Azərbaycan ədəbiyyatının tədris edilməsinin vacibliyini vurğulayıb.