Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - Misir yazıçısı Nəcib Məhfuzun “Bildirçin və payız” kitabı çapdan çıxıb. Kitaba müasir ərəb ədəbiyyatının banisi, müsəlman Şərqində ədəbiyyat üzrə ilk Nobel mükafatçısı olan yazıçının “Bildirçin və payız” romanı, “Zülmət gecədən işıqlı sabaha” povesti və hekayələri daxil edilib. Əsərləri dilimizə Şahin Ələsgərov tərcümə edib.