Dekabrın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Nigar Usubovanın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Gecədə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri çıxış edəcək. Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Adıgözəlzadə, Həqiqət Məhərrəmova və Əfqan Salayevin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.
Nigar Usubova 1914-cü il mayın 2-də Qazax rayonunun Salahlı kəndində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirib, 1952-ci ildən ömrünün sonunadək bu tədris ocağında çalışıb, dosent, kafedra müdiri, tədris-elmi işlər üzrə prorektor işləyib. 1995-ci il sentyabrın 15-də vəfat edib.