Prezident yanında Gənclər Fondunun maliyyə, Mədəniyyət və Turizm Nazirliyi, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə və “Sağlam Düşüncə” Gənclər Təşkilatı “Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsi” adlı layihə həyata keçirir.
Layihənin təşkilatçısı Təbriz Xosrovun sözlərinə görə, müsabiqənin ilk seçim turu 14 dekabrda Sumqayıt şəhər Bülbül adına 2 saylı uşaq incəsənət məktəbində olacaq.