Dekabrın 15-də R.Behbudov adına Mahnı Teatrının səhnəsində Dövlət Uşaq Filarmoniyasının "Sədəf" xalq çalğı alətləri ansamblının konserti olacaq.
Ansamblın solistləri dəfələrlə beynəlxalq müsabiqə və festivallarda uğurla Azərbaycan milli musiqisini təmsil ediblər. Uşaqlar kollektivdə muğamın incəliklərini, xalq və bəstəkar mahnılarının ifası və müşayiətini öyrənirlər. Konsertdə müxtəlif yaşlı solistlər iştirak edəcək. Repertuara muğam, təsnif və rənglər, xalq və bəstəkar mahnıları daxildir.