Dekabrın 11-də Budapeştdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək.
Konsertdə Macarıstanın “Dunay” simfonik orkestri Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edəcək. Vokal partiyaları gənc azərbaycanlı müğənni, Milandakı La Skala opera teatrının solisti Azər Paşazadə ifa edəcək.