Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində “Jazz for Christmas” adlı Polşa və Azərbaycan musiqiçilərinin konserti keçiriləcək. Muğam mərkəzindən bildirilib ki, konsert Polşanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Proqramda cazmenlər Elçin Şirinov, Karol Domanskiy və Mariuş Praşnevskiy eyni səhnəni bölüşəcəklər.