Yanvarın 15-də Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist, virtuoz tarzən Həmid Vəkilovun yaradıcılıq gecəsi keçiriləcək.
Milli Konservatoriyadan bildirilib ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunacaq gecədə sənətkarın yaradıcılığından, ifa sənətimizin zənginləşməsinə verdiyi töhfələrdən söz açılacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
Qeyd edək ki, tanınmış tarzən H.Vəkilov bu alətə bir sıra texniki yeniliklər əlavə edərək onu daha da təkmilləşdirib.