Məşhur musiqi qrupu musiqisevərlərin görüşünə gəlib

İrlandiyalı Korr ailəsinin qurduğu məşhur “The Corrs” musiqi qrupu uzun fasilədən sonra “Ağ işıq” (“White Light”) albomu ilə musiqisevərlərin görüşünə gəlib. Son albomu 2005-ci ildə işıq üzü görən qrup 40 milyondan çox satış rekordu qıraraq uzunmüddətli fasiləyə qərar verib. 10 ildən sonra buraxılan yeni albomdakı mahnıların hər biri həyata dair mövzuları əhatə edir.
“The Corrs” qrupu yanvarda Dublində və Belfastda böyük solo konsertlər verməyi planlaşdırır.