Fevralın 21-də Avstraliya Azərbaycan Mədəniyyət Assosiasiyası, Avstraliya Azərbaycan Türklərin Dostluq Birliyi Assosiasiyası və Avstraliya Rəqs Akademiyasının dəstəyi ilə “Gəlin, Azərbaycan-Türkiyə dostluğunu bərabər qeyd edək” adlı dostluq konsert proqramı təşkil olunacaq. Konsertdə Azərbaycan, Türkiyə və Avstraliyanın tanınmış incəsənət xadimləri eyni səhnəni bölüşəcək.
Konsertdə Azərbaycanın əməkdar artistləri Sevinc Hüseynli və Elnur Süleymanov müxtəlif rəqs nömrələri ilə çıxış edəcək. Həmçinin, tanınmış tarzən Şəhriyar İmanov öz gözəl musiqiləri ilə tamaşaçıları sevindirəcək.